Slimfit
  1. DÜNYA

Afrikanın Bakıda anadan olmuş ən varlı qadınının bütün sərvəti donduruldu

Afrikanın Bakıda anadan olmuş ən varlı qadınının bütün sərvəti donduruldu
Sakura

Afrikanın Bakıda anadan olmuş ən varlı qadınının bütün sərvəti donduruldu

Anqola məhkəməsi keçmiş prezident Eduardo dos Santosun 2.3 milyard dollarlıq sərvətə sahib olan qızı, ölkənin neft şirkəti “Sonangol”un direktorlar şurasına rəhbərlik edən milyarder – İzabel dos Santosun bank hesablarına həbs qoyub.

“RBK Ukraina”nın məlumatına görə, dos Santosun Unitel telekommunikasiya kompaniyasındakı və “Fomento Anqola” bankındakı paylarına həbs qoyulub.

Məhkəmənin sözügedən qərarı korrupsiya ilə mübarizə istintaqı ilə əlaqələndirilib. Hazırkı dövlət başçısı Xuan Lorens və administrasiyası dos Santosun qeyri-qanuni yollarla qazandığını iddia etdikləri 1 milyard dolların qaytarılmasına nail olmaq istəyir. İzabel dos Santos isə iddiaları təkzib edir.

“Forbes”in məlumatına görə, dos Santos Afrikanın milyarderləri sırasında səkkizincidir. O, həmçinin bu siyahıdakı qadınlara da liderlik edir.

Xatırladaq ki, İzabellanın atası Eduardo Dos Santos 70-ci illərdə Bakıda, Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alıb və burada evlənib. Həmin evlilikdən Bakıda qızı İzabel dünyaya gəlib. Sonradan Eduardo dos Santos ölkəsinə qayıdıb və prezident olub, on illər boyu Anqolanı idarə edib. Sonradan onun qızı bizneslə məşğul olmağa başlayıb və sürətlə varlanaraq Afrikanın ən zəngin qadınına çevrilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR