Slimfit
  1. DÜNYA

Afrikada Orta əsrlərə aid şəhər tapıldı

Afrikada Orta əsrlərə aid şəhər tapıldı
Sakura

Afrikada Orta əsrlərə aid şəhər tapıldı

Cənubi Afrika respublikasının Vitvatersrand universitetinin alimləri Yohannesburq ətrafında daş komalar aşkar ediblər.

Ölkə.Az” xəbər verir ki, alimlər bu komaların iri və inkişaf edən meqapolisin qalıqları olduğunu bəyan ediblər. Bu şəhər tarix üçün 200 ildir ki, itkin düşmüş sayılırdı. Şəhər haqqında geniş məqalı “Science Alert” portalında dərc edilib.

Kəşf “LİDAR” texnologiyası sayəsində mümkün olub. Bu texnologiya aktiv optik sistemin köməyi ilə məkanın üç ölçülü xəritəsini yaratmağa imkan verir.
Alimlərin fikrinə əsasən, Kvenenq adlı şəhərdə tsvana xalqı yaşayıb. 800 həyətin olması şəhərdə ən azı 10 min nəfərin yaşadığından xəbər verir.

Hesablamalara əsasən, Kvenenq XV əsrdən XIX əsrə qədər mövcud olub. Sonra sakinlər şəhəri tərk ediblər. Şəhərin ərazisi 20 kvadrat kilometrdir və mərkəzində iki iri bina olub. Bu binalar 10 min kvadrat metrlik ərazini əhatə edib. Alimlərin fikrinə əsasən, bu binalar kraal sayılırdı və inəklər üçün tövlə idi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR