Slimfit
  1. TARİX

Afrikada ilk dəfə neandertal adamların genləri aşkar edilmişdir

Afrikada ilk dəfə neandertal adamların genləri aşkar edilmişdir
Sakura

Afrikada ilk dəfə neandertal adamların genləri aşkar edilmişdir

Yeni tədqiqatlar qədim insanların və onlara yaxın qohumlarının tarixində yeni bir dönüş yaradır. Əvvəllər belə hesab olunurdu ki, Neandertal insanların genləri yalnız qeyri- Afrika əhalisi arasında mövcuddur. Araşdırmalar göstərir ki, təxminən 60 000 il əvvəl Afrikadan insanların böyük miqrasiyasından sonra onların digər irqlərlə kəsişməsi nəticəsində insan və neandertal xətlərinin əvvəllər düşündüyündən daha sıx bir-birinə bağlılığı meydana çıxıb.

Ens.az xəbər verir ki, tədqiqatın nəticələri göstərir ki, insan məskunlaşma tarixi əvvəllər məlum olanlarla müqayisədə daha maraqlıdır. Afrikadan insanların digər ərazilərə səpələnməsi meyilləri kifayət qədər çox olub və eləcə də müasir insanlar ilə neandertallar arasında qarışıqlığa səbəb olub. Bunun izləri bu gün bütün canlı insanların genlərində qalıb.

Tədqiqat göstərir ki, hazırda yaşayan avropalılar və asiyalılar neandertal DNT-nin təxminən 1% -ni daşıyırlar. Alimlər inanırlar ki, bu Neandertal DNT Afrikaya qədim avropalılarla birlikdə gəlib.

Uzun nəsillər boyunca onların əcdadları Afrikanı tərk etmiş, neandertal adamlarla görüşmüş və cütləşərək sonra Afrikaya qayıtmış və yerli əhaliylə qarışmışlar.

Afrikaya əks miqrasiyalar özüylə neandertal izi gətirirdi. Bu gün o afrikalılarda açıq şəkildə aşkar olunur. Son müqayisə neandertal adamların genomunda qədim insanın genləri haqqında məlumat verir. Belə miqrasiyanın təxminən 200.000 il əvvəl baş verdiyi güman edilir.

İlk insanların qrupu Afrikadan Avropaya və ya Asiyaya səyahət etib. Yolda neandertalların populyasiyaları ilə qarşılaşdıblar və genomlarında zəif iz buraxdılar ki, bu da hələ 100.000 il sonra tapıla bilərdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR