AFFA yeni tender elan etdi
AFFA Tovuz rayonunda yerləşən və “Turan Tovuz Peşəkar Futbol Klubu” ictimai birliyinin nəzdində fəaliyyət göstərən Futbol Akademiyası üçün fitnes avadanlıqlarının alınması üzrə tender elan edib.
"Report"un milli assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, təkliflərin qiymətləndirilməsi zamanı şəffaflıq qorunacaq və prosesin təhlükəsizliyi təmin olunacaq. Tenderə qatılmaq istəyənlərdən “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi”ni müvafiq qaydada dolduraraq AFFA-ya göndərmələri xahiş olunur. Əks halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.
Eyni zamanda qiymət təklifi və yuxarıda qeyd olunan “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi", eləcə də şirkət tərəfindən irəli sürülən tender təklifi qalib olduğu halda, tələb edilən işlərin vaxtında təhvil veriləcəyinə dair zəmanət məktubu sentyabrın 30-dək bağlı zərfdə AFFA-nın inzibati binasına (Ünvan: Bakı şəhəri, Xətai rayonu, 2208-ci məhəllə, Nobel prospekti, 57F) göndərilə bilər.
İşin təhvil verilməsi üçün son tarix kimi 15 oktyabr müəyyənləşdirilib. Ödənişin yarısı öncədən, yarısı mallar təhvil verildikdən sonra ediləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət