Dərc edildi: Baxış sayı: 393
FIFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb
FIFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Yaqelloniya” (Polşa) – “Gent” (Belçika) qarşılaşmasının qalibi ilə “Mariupol” (Ukrayna) – “Bordo” (Fransa) görüşündə üstün olan komanda arasında avqustun 23-də keçiriləcək oyunun baş hakimi Əliyar Ağayev olacaq.
Ona Rza Məmmədov və Zeynal Zeynalov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət