Slimfit
  1. İDMAN

AFFA Qurbanova görə "Qarabağ"ı cərimələdi

AFFA Qurbanova görə "Qarabağ"ı cərimələdi
Sakura

AFFA Qurbanova görə "Qarabağ"ı cərimələdi

AFFA İntizam Komitəsi "Qarabağ" klubunu 800 manat məbləğində cərimələyib.

Axar.az xəbər verir ki, buna Ağdam təmsilçisinin bəzi rəsmilərinin I turda "Keşlə" ilə matçda “A” buraxılışından istifadə etməməsidir.

Komitə həmin qarşılaşmanın 74-cü dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan qovulan "Keşlə"nin oyunçusu Emin Mehtiyevə 1 oyunluq cəza verib, klub isə 200 manat məbləğində cərimələnib.

Qeyd edək ki, "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatan görüşdə baş məşqçi Qurban Qurbanovla yanaşı, klubun digər üzvləri A buraxılış vəsiqəsindən istifadə etməyib. Əsasnamədə isə göstərilir: "PFL tərəfindən verilmiş A buraxılış vəsiqəsi bütün üzvlər (stadionun soyunub-geyinmə otaqları yer alan tunelinə daxil olduqdan sonra oyunda iştirak edəcək futbolçulara şamil olunmur) tərəfindən görünən səviyyədə taxılmalıdır. Stadionun otaqlarında xidmət aparan şəxslər mütləq şəkildə vəsiqəni taxmalıdırlar. Şəkilli A buraxılışının kənar şəxslərə ötürülməsində klub məsuliyyət daşıyır".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR