Slimfit
  1. İDMAN

AFFA 'Qarabağ'ı cərimələyib

AFFA 'Qarabağ'ı cərimələyib
Sakura

AFFA 'Qarabağ'ı cərimələyib

AFFA-nın İntizam Komitəsi Azərbaycan Premyer Liqasının sonuncu – XXVIII turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlarını açıqlayıb.

Report” milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, “Səbail” – “Keşlə” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 51-ci dəqiqəsində qonaqların futbolçusu Edvinas Girdvainis ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimələnib.

“Sumqayıt” – “Qəbələ” matçında 5 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaq klub 800 manat ziyana düşüb.

“Neftçi” – “Qarabağ” görüşündə Ağdam təmsilçisinin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün kluba 800 manat cərimə kəsilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR