Slimfit
  1. İDMAN

AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər müəyyənləşib

AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər müəyyənləşib
Sakura

AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər müəyyənləşib

AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər müəyyənləşib.

"Report" milli assosiasiyanın saytına istinadən xəbər verir ki, aprelin 2-də keçiriləcək növbəti Hesabat-Seçki Konfransında AFFA prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçiləcək.

Nizamnamənin 34-cü maddəsinin 4-cü bəndinə əsasən, İcraiyyə Komitəsinə namizədlər AFFA üzvləri tərəfindən yalnız birbaşa üzvlər vasitəsilə Hesabat-Seçki Konfransının keçirilmə tarixindən ən azı 10 gün əvvəl təklif olunmalıdır. Qeyd olunmuş müddət başa çatıb.

AFFA prezidentliyinə namizəd

1. Rövşən Nəcəf – Peşəkar Futbol Liqası İctimai Birliyi vasitəsi ilə "Neftçi" PFK tərəfindən

AFFA İcraiyyə Komitəsinə namizədlər

Peşəkar Futbol Liqası İctimai Birliyi – 5 yer

1. Səməd Qurbanov – "Neftçi" PFK tərəfindən
2. Fərid Mansurov – Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən
3. Xəyal Cəfərov – "Sumqayıt" FK tərəfindən
4. Qurban Qurbanov – "Qarabağ" FK tərəfindən
5. Maqsud Adıgözəlov – "Sabah" FK tərəfindən

Regional Futbol Federasiyaları İctimai Birliyi – 3 yer

1. Elşad Nəsirov – Qərb Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
2. Balakişi Qasımov – Şimal Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
3. Sərxan Hacıyev – Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən

İctimai Futbol Təşkilatları İctimai Birliyi – 2 yer

1. Könül Mehtiyeva – İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən
2. Zaur Axundov – Ümumazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən

Sahə Futbol Federasiyaları İctimai Birliyi – 2 yer

1. Ülvi Mansurov – Azərbaycan Futzal Federasiyası tərəfindən
2. Leyla Xəlilova – Azərbaycan Tələbə Futbol Federasiyası tərəfindən

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR