Slimfit
  1. İDMAN

AFFA-dan Qurban Qurbanovun gedişinə münasibət

AFFA-dan Qurban Qurbanovun gedişinə münasibət
Sakura

AFFA-dan Qurban Qurbanovun gedişinə münasibət

AFFA-nın baş katibi Elxan Məmmədov İcraiyyə Komitəsinin iclasından sonra keçirdiyi brifinqdə millinin baş məşqçisi Qurban Qurbanovun istefaya göndərilməsinə münasibət bildirib.

Oxu.Az xəbər verir ki, o həmçinin millinin aşağı yaş qrupları üzrə məşqçilərinin işindən narazı qaldıqlarını qeyd edib:

“Millinin və aşağı yaş qrupları üzrə yığmaların son bir ildəki nəticələrinin müzakirəsi aparıldı. Qurban Qurbanovla bağlı qərar qəbul olundu ki, işini bir yerdə davam etdirsin və müqaviləsinə xitam verilsin. “Qarabağ”ın beynəlxalq arenadakı uğurlu nəticələri də bizim üçün vacibdir. Təcrübə göstərdi ki, iki yerdə çalışmaq çox çətin işdir. Biz ehtimal etmirdik ki, bir insana bu işi görmək və iki komandanı iştirak etdiyi turnirlərə hazırlamaq belə çətin olacaq. AFFA İcraiyyə Komitəsi Qurban müəllimə minnətdarlıq etdi. O bu bir ildə az səy göstərmədi. Təəssüf ki, UEFA Millətlər Liqasında uğurlu nəticələr olmadı”.

Məmmədov bildirib ki, AVRO-2020-nin seçmə mərhələsinə az vaxt qaldığından, millinin yeni baş məşqçisi dekabrda bilinəcək: 

“Hələ bu haqda danışmamışıq ki, yeni baş məşqçi əcnəbi, yoxsa yerli olacaq. Bunu hələ müzakirə edəcəyik. Yeni baş məşqçinin kimliyindən asılı olmayaraq, hədəf dəyişməyəcək – bundan əvvəl olandan daha çoxunu əldə etmək. Əvvəlcə məqsədi müəyyənləşdirəcəyik, artıq bundan sonra tələbləri qoyacağıq. Milli assosiasiya üçün 2020-ci il Avropa çempionatına vəsiqə çox vacibdir. Çünki vəsiqə qazansaq, oyunlardan ikisini evdə keçirməli olacağıq. Bu da bir üstünlükdür. Yeni baş məşqçinin nəzərinə bu məsələni çatdıracağıq. 

Başa düşürük ki, artıq gələn ilin martında AVRO-2020-nin seçmə mərhələsinin matçları start götürür. Vaxtımız azdır, maksimum iki ayımız var. Bu üzdən ola bilsin ki, dekabrda İcraiyyə Komitəsinin növbəti iclası keçirilsin və yeni baş məşqçinin təyinatı baş tutsun. Amma onun yerli və ya əcnəbi baş məşqçi olacağını indidən deyə bilmərəm. Namizədləri AFFA Məşqçilər Komitəsi ilə birgə müzakirə edəcəyik”.

Baş katib bildirib ki, aşağı yaş qruplarından ibarət yığma komandalarda hər şey qaydasında deyildi: 

“Özü də təkcə nəticələr yox, nizam-intizam da “axsayırdı”. Məsələn, götürək U-17-ni. Bu yığmanın futbolçuları bir matçda dörd qırmızı vərəqə alıb, qarşılaşmadan sonra özlərini qeyri-etik aparıblar. Deməli, hər şey heç də yaxşı deyil. U-19-u Avropa çempionatının elit-raunduna yüksəldən Vüqar Məmmədlə isə müqaviləni uzatdıq”.

Qeyd edək ki, 2008-ci ildən “Qarabağ”ın baş məşqçisi olan olan Qurban Qurbanov son bir ildə milliyə də rəhbərlik edib və UEFA Millətlər Liqasında komandanı qrupdan çıxara bilməyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR