Dərc edildi: Baxış sayı: 478
AFFA-da millimizin son bir ildə göstərdiyi nəticələr müzakirə ediləcək
Dekabrın 8-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
Oxu.Az xəbər verir ki, saat 11:00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Azərbaycan milli komandasının son bir il ərzində göstərdiyi nəticələrin müzakirəsi;
2. Aşağı yaş qruplarından ibarət yığma komandalar üçün strategiyanın müzakirəsi;
3. Klubların Lisenziyalaşdırması prosesi ilə bağlı maliyyə şəffaflığı məsələsinin müzakirəsi;
4. Hakimlər Komitəsinin tərkibinin təsdiqi;
5. Digər məsələlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət