AFFA baş hakimin qırmızı vərəqəsini ləğv etdi
AFFA İntizam Komitəsi I Divizionun XVIII turunda baş verənlərlə bağlı qərarlarını açıqlayıb.
"Report"un məlumatına görə, “Sabah-2” – “Neftçi-2” oyununda topdaşıyan və xərəkdaşıyanlar oyuna gec gəlib. Bunun üçün "Sabah" klubu 80 manat məbləğində cərimələnib.
“Qarabağ-2” – “Qaradağ Lökbatan” oyununda və “Zaqatala” – “Səbail-2” matçında tibb otaqlar ləvazimatlar və həkimlə təmin edilməyib, Ağdam təmsilçisi və "Zaqatala" bu səbəbdən, 80 manat ödəyəcək.
Bundan başqa “Zaqatala” – “Səbail-2” qarşılaşmasında hakimin qərarı ləğv olunub. Hakimlər Komitəsinin müraciətinə əsasən İntizam Komitəsi video görüntüləri izləyib və buna əsasən protokolda “Zaqatala”nın futbolçusu Kənan Müslümova səhvən verilən qırmızı vərəqə ləğv olunub.
“Zaqatala”nın digər üzvü Elşad Əliyevə ikinci sarı vərəqənin verilməli olduğu təsdiqlənib. Bütün bunlara əsasən Elşad Əliyev bir oyunluq cəza alıb. Klub isə 80 manat məbləğində cərimələnib. Matçın baş hakimi Vüqar Həsənli olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət