Slimfit
  1. İDMAN

AFFA Almaniya klubunun xahişini geri çevirib

AFFA Almaniya klubunun xahişini geri çevirib
Sakura

AFFA Almaniya klubunun xahişini geri çevirib

AFFA Almaniyanın III liqasında çıxış edən “Proyssen” klubunun Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovla bağlı xahişini geri çevirib.

Report” “Bild”ə istinadən xəbər verir ki, Münster təmsilçisi 27 yaşlı hücumçunun AVRO-2020-nin seçmə mərhələsində sentyabrın 6-da səfərdə Uels, sentyabrın 9-da isə Bakıda Xorvatiya yığması ilə oyunlar üçün Azərbaycan millisinə bir qədər gec qoşulmasını istəyib. Səbəb kimi isə sentyabrın 4-də Vestfaliya Kubokunda “Rödinqhauzen”lə matçda Dadaşova ehtiyac duyduqları göstərilib. Lakin milli assosiasiyadan müsbət cavab alınmayıb.

Klubun idman direktoru Malte Metselder məsələ ilə bağlı bunları deyib: “Kubok oyununda iştirak etmək üçün Rüfətin gedişini yubatmağa ümid edirdik. Lakin AFFA razı olmadı və futbolçunun sentyabrın 1-də millinin düşərgəsinə qoşulmasını istədi”.

Dadaşov özü isə vəziyyəti bu cür şərh edib: “Əlbəttə, “Rödinqhauzen”lə matçda iştirak etmək istərdim. Ancaq Azərbaycandan zəng gələndə, vətənə yollandmaq mənim üçün şərəfdir”.

Qeyd edək ki, “Proyssen” avqustun 31-də III liqanın VII turu çərçivəsində “Hanza”nın qonağı olacaq. Dadaşov oyundan dərhal sonra Bakıya yola düşəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR