Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Afaq Əliyeva: "Azərbaycanda qızılca xəstəliyinə qarşı kifayət qədər vaksin var"

Afaq Əliyeva: "Azərbaycanda qızılca xəstəliyinə qarşı kifayət qədər vaksin var"
Sakura

Afaq Əliyeva: "Azərbaycanda qızılca xəstəliyinə qarşı kifayət qədər vaksin var"

"Hazırda Azərbaycanda 11 infeksiyaya qarşı peyvəndləmə həyata keçirilir".

"Report"un Qərb bürosunun məlumatına görə, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyeva Göygöl rayonunda jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, Avropanın bir sıra ölkələrində, həmçinin qonşu dövlətlərdə uşaqlar arasında qeydə alınan qızılca xəstəliyinin Azərbaycanda yayılmaması üçün uşaqların peyvəndlənməsi davam etdirilir.

"Ümümdünya Səhiyyə Təşkilatı tərəfindən verilən bu peyvəndlər keyfiyyətli və təhlükəsizdir. Kifayət qədər vakisinimiz var. Bütün valideynlər bundan bəhrələnməli və övladlarının qızılca, məxmərək və digər viruslara yoluxmaması üçün onlara peyvənd vurdursunlar. Hazırda Azərbaycanda 11 infeksiyaya qarşı peyvənd işləri həyata keçirilir. Hər bir vaksinlər Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verir", - A.Əliyeva söyləyib.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR