Aeroportlarda sərnişinləri daha çox qıcıqlandıran məqamlar
Ekspert Co Brayant 2 min britaniyalı arasında sorğu keçirərək hava limanlarında sərnişinləri qıcıqlandıran əsas məqamların siyahısını hazırlayıb.
Trend-in məlumatına görə, sorğunun nəticəsinə əsasən, turistlərin daha çox narazılığına səbəb olan məqam bəzi sərnişinlərin növbə gözləmədən qabağa keçməyə cəhd etməsidir. Bu varianta respondentlərin 57 faizi səs verib.
İkinci yerdə bir sıra səyahətçilərin gözləmə zalında öz çantalarını boş oturacağa qoymasıdır (41 faiz). Növbəti isə insanların pasportlarını əlində hazır saxlamamasına görə yoxlanış məntəqəsində növbənin uzanmasıdır - 38 faiz.
Qıcıqlandırıcıların siyahısına aeroport binasında qaçanlar və səhvən başqasının çamadanını götürənlər də daxildir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət