Slimfit
  1. İQTİSADİYYAT

ADY bu il tranzit yük daşımalarını 11%-dək artırıb

ADY bu il tranzit yük daşımalarını 11%-dək artırıb
Sakura

ADY bu il tranzit yük daşımalarını 11%-dək artırıb

2021-ci ilin birinci rübündə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC 3 milyon 769 min ton yük daşıyıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7% çoxdur.

Report” bu barədə QSC-nin hesabatına istinadən xəbər verir.

Məlumata görə, yük daşımalarının 1 milyon 901 min tonu və yaxud 50,4%-i beynəlxalq (idxal-ixrac) daşımalar təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,4% çoxdur.

Hesabat dövründə tranzit yük daşımları ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,8% artaraq 1 milyon 285 min ton təşkil edib. Daxili yük daşımaları isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,6% azalaraq 582 min ton təşkil edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR