Slimfit
  1. TƏHSİL VƏ KARYERA

ADU-da çinli alim qədim İpək Yolu üzərində elmi və texniki bilik tarixinə aid mühazirə oxuyub

ADU-da çinli alim qədim İpək Yolu üzərində elmi və texniki bilik tarixinə aid mühazirə oxuyub
Sakura

ADU-da çinli alim qədim İpək Yolu üzərində elmi və texniki bilik tarixinə aid mühazirə oxuyub

Azərbaycan Dillər Universitetinın (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çin Elmlər Akademiyasının məşhur tarixçisi, professor Chen Wei ilə görüş keçirilib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, çinli alim tələbələr üçün qədim İpək Yolu üzərində elmi və texniki bilik tarixinə aid mühazirə oxuyub. Professor Böyük İpək Yolunun əsrlər boyunca müxtəlif xalqları bir araya gətirərək, fikir və bilik mübadiləsi, dil və mədəniyyətlərin qarşılıqlı zənginləşdirilməsini təmin etdiyini vurğulayıb. Bildirib ki, bir çox tədqiqatçılar İpək Yolu üzərində qədim abidələrin öyrənilməsi sayəsində arxeoloji və elmi kəşflər ediblər. Müxtəlif millətlərin və dövlətlərin Böyük İpək Yolu üzərində elmi və texnoloji əlaqələrinin tarixi və bu proseslərdə müsəlmanların rolu böyük maraq doğurub.

Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov qeyd edib ki, bizim eraya qədər III minillikdə Çin və Asiya ölkələri arasında təmaslar təkcə malların deyil, həm də texnologiyaların və elmi ideyaların mübadiləsinə gətirib çıxarıb. Metallurgiya texnikasının inkişafı, yeni məhsulların tətbiqi və dini inancların yayılması baş verib.

Rafiq Abbasov, həmçinin qeyd edib ki, elmi və texniki əməkdaşlığın möhkəmləndirilməsi, birgə laboratoriyaların, texnologiyaların mübadiləsi üçün beynəlxalq mərkəzlərin yaradılması, elmi və texniki innovasiya imkanlarının artırılması Çin Dövlət Şurasının “İpək Yolu İqtisadi Kəməri”nin və “XXI Əsrin Dəniz İpək Yolu” proqramının vacib hissəsidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR