Slimfit
  1. SİYASƏT

ADP Qoşulmama Hərakatından imtina etməyə cağırdı

ADP Qoşulmama Hərakatından imtina etməyə cağırdı
Sakura

ADP Qoşulmama Hərakatından imtina etməyə cağırdı

Dünən ADP İdarə Heyətinin növbəti iclası keçirilib.

Partiyanın mətbuat xidmətindən Hurriyyet.org-a verilən məlumata əsaəsn, iclasda ölkədə və dünyada ötən həftə baş verən ictimai-siyasi hadisələr dəyərləndirilib. İlk növbədə Qoşulmama hərəkatının Bakı toplantısına diqqət çəkən partiya İdarə Heyəti üzvləri bu qurumun ikiqütblü, “köhnə” dünyadan miras qaldığını, indiki qlobal dünyada mühüm əhəmiyyət daşımadığını, ölkəmizin hərbi təcavüzlə üzbəüz durmasına görə hərbi müttəfiq axtarışı və bloklara qoşulma zərurətini, habelə qardaş Türkiyə və digər türkdilli-müsəlman ölkələrlə sıx siyasi və hərbi birliyinin yaradılmasının mühüm əhəmiyyətə malik olmasını nəzərə alaraq  Azərbaycanı bu hərəkatdan imtina etməyə çağırıblar. Qeyd olunub ki, Ermənistan hərbi müttəfiqlərinin yardımı ilə ərazilərimizi işğalda saxladığı müddətdə Azərbaycanın hərbi bloklara qoşulmama hərəkatına üzvlüyünü davam etdirməsi qətiyyən anlaşılan deyil və bu ölkəmizə heç bir müsbət divident gətirə bilməz. Azərbaycan Avroatlantik məkana inteqrasiya xəttini seçibsə Asiya və Afrika qitəsinin geridəqalmış ölkələri ilə hansısa səmərəsiz  birlikdə təmsil olunmamalı və hakimiyyət bunu xalqımıza böyük siyasi nailiyyət kimi sırımağa çalışmamalıdır.

Daha sonra vergilər və əmlak nazirliyinin iqtisadiyyat nazirliyinə birləşdirilməsi, habelə bir sıra rəhbər kadrların dəyişdirilməsi  məsələsinə toxunan partiya yetkililəri bu addımın idarəçiliyin effektivliyi və bürokratik əngəllərin azaldılması baxımından müsbət hadisə kimi dəyərləndirib, lakin struktur dəyişikliklərinin sistemli aparılmaması və kadrların seçiminin düzgün həyata keçirilməməsinə  görə bu addımın ümumilikdə effektli olmayacağını qeyd ediblər. İclasda vurğulanıb ki, mövcud iqtidar kadrların gəncləşdirilməsi deyəndə oliqarxiyanın gəncləşdirilməsini nəzərdə tutur ki, bu da yaşlı talançıların gənc korrupsiyaçılarla əvəzlənməsi anlamına gəlir və ümumilikdə bu cür dəyişikliklər xalqın sosial-iqtisadi vəziyyətinə  heç bir müsbət təsir göstərməyəcək. Əslində isə kadrlar yaşına görə deyil, qabiliyyət və bacarığına, habelə xalqa və dövlətə bağlılığa görə seçilməlidir.

İdarə Heyətində İŞİD lideri Bağdadinin öldürülməsi, Suriya Demokratik Qüvvələri rəhbəri Məzlumun ABŞ-a dəvət edilməsi və s. beynəlxalq terrorizm hadisələrinə də toxunulub. Təəssüflə qeyd edilib ki, qlobal güclər beynəlxalq terrorizmi yaradır,  onlardan dünya siyasətində istifadə edir və sonradan özləri də onların əsirinə çevrilirlər. Başqa cür deyilsə ABŞ-ın bu gün Məzlumu dəstəkləməsi ilə, Bağdadini öldürməsi mahiyyətcə eyni ssenarinin davam etdiyini təsdiq edir və bu cür beynəlxalq terror qruplarının dəhşətli faciələrə səbəb olan fəaliyyətlərinə cavabdehliyi isə heç bir qlobal güc öz üzərinə götürmək istəmir. ADP İH Türkiyənin bu məsələdə mövqeyini tamamilə doğru olduğunu bildirib  və qardaş ölkənin hər vasitə ilə müdafiə olunmasının zəruriliyini  bir daha qeyd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR