Slimfit
  1. ARAŞDIRMA

Adolf Hitlerin sevimli erməni generalı - Quderyan

Adolf Hitlerin sevimli erməni generalı - Quderyan
Sakura

Adolf Hitlerin sevimli erməni generalı - Quderyan

İkinci Dünya Müharibəsi zamanı ermənilərin, həmçinin onlardan təşkil olunmuş legionların Hitler Almaniyası üçün necə canfəşanlıqla savaşdıqları, eləcə də yəhudilərə qarşı cinayətlərdə iştirak etdiklərini sübuta yetirən yüzlərlə real tarixi faktlar mövcuddur. Bütün bunlar tarixiçilər tərəfindən zaman-zaman sübuta da yetirilib. 

II Dünya Müharibəsinin geniş vüsət almasında, böyük xarabalıqların yaranmasında əməyi keşən şəxslərdən biri, Hitler Almaniyasının sadiq qulluqçusu, Vermaxtın tank hərbi birliklərinin məşhur simalarından biri general Quderyandır. Erməni mənbələrində Haynz Quderyan erməni hərbi nəzəriyyəçisi kimi təqdim olunur, amma miliyyətçi, nasist, Hitlerçi keçmişi arxa plana atılır.

Almaniyanın məşhur "Spiegel" nəşri III Reyxin erməni generalı Quderyan haqqında yazır ki, "general Quderyan şəxsi kefiyyətlərində ermənilərə məxsus diqqətçəkici özəlliklər daşıyırdı"...

III Reyx üçün böyük işlər görmüş erməni əsilli general Haynz Quderyan tarixi mənbələrə görə, Şərqi Avropaya miqrasiya etmiş erməni ailələrindəndir və o, Polşa doğulub, elə orada da böyüyüb. Həmin soyadı daşıyan ermənilərin isə Şərqi Avropaya daha öncələr Rusiyadan köç etdikləri bilinməkdədir. 

Maraqlıdır ki, məşhur "Blitzkrieg Doctrine"nin (ildırım sürətli müharibə doktirinası) müəllifi Ervin Rommel deyil, məhz general Quderyandır. Erməni əsilli generalın "ildırım sürətli" müharibə strategiyasını Adolf Hitler şəxsən onun öz dilindən dinləmiş və bəyənmişdir. 

Quderyan Polşa və Fransadakı hərbi "nailiyyətlərin"i SSRİ ilə savaşda sona qədər təkrarlaya bilmədi, daha sonra isə Adolf Hitlerin göstərişi ilə Moskva ətrafındakı döyüşlərdə lazımi nəticəni əldə etməməsi ucbatından cəbhədən uzaqlaşdırıldı.

1943-cü ildə başlayan məşhur "Kursk" döyüşündə də əsas hərbi fiqurlardan biri kimi də Quderyan öndə çıxış edirdi. Lakin o, almanların Kursk döyüşünə girməsinin o qədər də tərəfdarı deyildi. 

1944-cü ilin iyun ayında Hitlerə qarşı təşkil edilmiş sui-qəsdin uğursuz olmasının ardından sui-qəsdçilərlə əməkdaşlıqda müəyyən şübhələrdə Quderyanın adı da hallanırdı. Bu və ya digər səbəblərdən dolayı o, 1945-ci ildə, İkinci Dünya Müharibəsinin sonunda Adolf Hitlerin şəxsi əmri ilə tutduğu hərbi vəzifədən uzaqlaşdırıldı. 

Quderyanın Sovetlərə qarşı tədbiq olunan "ildırım müharibəsi" planın sonu olaraq ümumilikdə, bütün dünyada 60 milyon insanın həyatına son qoyulmuşdur. Bu da faktdır ki, Polşa və Fransanın işğalı və darmadağın edilməsində müstəsna xidməti olan şəxslərdən biri, bəlkə də elə ən birincisi məhz erməni əsilli general Quderyan idi. Nasistlərin Fransa və Polşanın işğalı minlərlə yəhudinin məhvinə və təqib olunmasına səbəb olmuşdur.

Müharibənin sonunda öz canının harayında olan, hərbi tribunaldan qorxan Quderyan 1945-ci ildə Amerika ordusuna könüllü təslim oldu. O, çox yaxşı bilirdi ki, SSRİ-yə təslim olsa, onu hansı aqibət gözləyir. 1948-ci ilə qədər ABŞ-ın hərbi əsiri olaraq nəzarətdə saxlanıldı və şox təəccüblüdür ki, Quderyan Nürnberq hərbi tribunalına çıxarılmadı. Qərbin Quderyanla bağlı bu qərarı o zamanı SSRİ-ni bərk hiddətləndirmiş və Sovetlər bu addıma sərt şəkildə etiraz etmişdi. 

Həmin vaxt ərzində general Quderyan Britaniya və ABŞ-ın hərbi müzakirələrinə mütəmadi olaraq dəvət olunurdu. Beləcə, o Adolf Hitlerin II Dünya Müharibəsi boyunca işlətdiyi hərbi-taktiki və strateji sirləri bir-bir onlara açıqlamağa başladı. 1954-cü ilə qədər məhz Birləşmiş Ştatlar üçün Almaniya müdafiə nazirliyinin tərkibində hərbi struktur və islahatlarla bağlı işlərdə əsas adamlardan biri olaraq çalışmışdır.

 

Mənbə: Karabakhmedia.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR