Dərc edildi: Baxış sayı: 628
Adil İsmayılovla bağlı qərar ləğv edildi
“Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir il müddətinə vəkillik fəaliyyətimin dayandırılması barədə özünün 9 sentyabr 2019-cu il tarixli qərarını ləğv etdi”.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə vəkil Adil İsmayılov sosial şəbəkədə yazıb.
O, qeyd edib ki, bundan sonrakı fəaliyyətini əsasən vəkilliyin inkişafına, vəkilin cəmiyyətdə layiq olduğu yeri tutmasına, vəkil kimi ona ehtiyacı olanların hüquqlarının qorunmasına yönəldəcək: “Daha qlobal planlarım da var, vaxtı çatanda paylaşacam”.
Adil İsmayılov vəkillik fəaliyyətinin bərpa edilməsində iştirak etmiş şəxslərə minnətdarlığını bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət