Dərc edildi: Baxış sayı: 611
ADIF: “Bank Standard”ın vaxtilə verdiyi kreditlərin 70 milyon manatı geri qaytarılıb
Ləğv prosesində olan “Bank Standard” QSC-nin vaxtilə verdiyi kreditlərin 70 milyon manatı geri qaytarılıb.
“Report” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktorunun müavini Vüqar Abdullayev məlumat verib.
O həmçinin qeyd edib ki, Bankdan, ümumilikdə, 18 min kredit verilib. Bunun 10 mini hazırda ödənilir, 6 mininin geri qaytarılması ilə bağlı məhkəmə qərarı çıxarılıb, 2 mininin geri qaytarılması ilə bağlı isə hüquqi prosedurlar davam etdirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət