Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Adi yeməklər diş sağlamlığına necə təsir edir?

Adi yeməklər diş sağlamlığına necə təsir edir?
Sakura

Adi yeməklər diş sağlamlığına necə təsir edir?

Yemək  həyatımızın ayrılmaz hissəsidir. Lakin necə deyərlər bütün məhsullar eyni səviyyədə xeyirli deyil. Onlardan bəziləri sizin gülüşünüzün sağlamlığını saxlamağa kömək edə bilər, bəziləri isə əksinə xəstəliklərin inkişafına səbəb ola bilər. Dişlərə zərər verməmək üçün nə yemək lazımdır?

Zərərlidir

Hazır souslar. Demək olar bütün sousların (hətta soya) tərkibində hətta şokolad və ya tortdan daha çox şəkər var. Karbohidrat mühitdə isə bakteriyalar sürətlə inkişaf edir ki, bu da ağız boşluğunun sağlamlığına səbəb olmur.

Xeyirlidir

Təbii süd məhsulları. Onların əlavəsiz olması vacibdir. Məhz bu halda süd və süd məhsulları maksimal həcmdə tez həzm olunan kalsium, ftor, fosfor və C,D,B9 vitaminlərinə malik olurlar. Beləliklə, kəsmik, bərk pendir, kefir, süzülmüş süd və qatıq kömək edir.

Zərərlidir

Sitrus. Ağız boşluğunun pH-dan fərqlənən turş yemək dişlərin emalını məhv edir, sitrus isə böyük həcmdə üzvi turşulara malikdir, buna görə də onlardan çox istifadə etmək olmaz. Yeri gəlmişkən bu şirələrə aid deyil: onları yaxşı olar ki trubka ilə içəsiniz, bu diş emalına təsiri əhəmiyyətli dərəcədə azaldır.

Xeyirlidir

Giləmeyvələr. İstənilən növ giləmeyvə vitamin, mineral və xeyirli maddələr mənbəyidir. Bundan başqa çox vaxt giləmeyvələr (həmçinin çiyələk) həm də ən güclü təbii antioksidantdır, bu da onları ağız boşluğu xəstəlikləri və kariyesin dadlı müalicəsi üsulu kimi istifadə etməyə imkan verir.

Zərərlidir

Turşular. Turşuya qoyulmuş və duzlu tərəvəzlər diş emalına zərərli təsir göstərən sirkəyə malikdir. Əgər turşu yeməyi çox istəyirsinizsə, onda onu çoxlu su ilə doldurmaq və ya yeməkdən sonra dişləri yumaq vacibdir.

Xeyirlidir

Təzə göyərti. Kərəviz, şüyüd, cəfəri, soğan, yaşıl lobya, turp, həmçinin nanə nəfəsi təravətləndirən kalsiuma malikdir və antibakterial xüsusiyyətlərə malikdir.

 

Tərcümə: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR