Slimfit
  1. TƏBİƏT

Adi suiti

Adi suiti
Sakura

Adi suiti — Əsl suitilər fəsiləsinə daxil olan növ

Adi suiti (lat. Phoca vitulina) — Əsl suitilər fəsiləsinə daxil olan növ. Şimal Buzlu okeanın qütb ətrafı bütün dənizlərində rast gəlinir.

İki yarımnövü: Avropa və Steyneqer suitisi Qırmızı kitaba daxil edilmişdir.

Əsasən Atlantik okean, Sakit okean sularında yaşayıırlar. Xüsusi ilə Baltik dənizi və Şimal dənizi sularında onlar üstünlük təşkil edir. Onlar əsasən qəhvəyi və ya boz rəngdə olurlar. Yetkin fərd 1,85 m uzunluğa və 132 kq çəkiyə malik olurlar. Erkəklər 30-35, dişilər isə 20-25 il yaşayırlar. Onlar əsasən qayalıqlar üzərində yerləşirləki, yırtıcılar onları ovlaya bilməsinlər. Onların ümumi sayı 400-500 min baş hesab edilir.

 

Çoxalması

Buz üzərində doğulan suitilər artıq bir neçə saatdan sonra üzməli olurlar. Ana bətnində doğuşa az qalmış öz emberional dərisini itirirlər.

 

Yarımnövləri

Adi suitilərin 5 yarımnövü vardır:

  • Qərbi-Atlantik suitisi, Phoca vitulina concolor (Ceyms Ellsvorz De Kay, 1842), Şimali Amerikanın şərq hissəsində yayılmışdır;
  • Unqava suitisi, Phoca vitulina mellonae (Doutt, 1942);— Əsasən Kanadanın şərq sahillərində yayılmışdır.
  • Adi Sakit okean suitisi, Phoca vitulina richardsi (Gray, 1864). Şimali Amerikanın qərb sahillərində yayılıb;
  • Ada suitisi, Phoca vitulina stejnegeri (Allen, 1902). Şərqi Asiya sahillərində yayılıb;
  • Şərqi-Atlantik suitisi, Phoca vitulina vitulina (Linney, 1758). Adi suitilər arasında ən çox yayılanıdır. Əsasən Avropa və Qərbi Asiya sahillərində yayılıb.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR