Dərc edildi: Baxış sayı: 495
Adi su bu ağır böyrək xəstəliyini sağalda bilər
Adi su böyrəklərdə sağalmaz hesab edilən kistlərin və polikistozun müalicəsində xəstələrə çox kömək edə bilər.
Medicina.az xəbər verir ki, Vestmid İnstitutunun alimləri yeni layihədə polikistozdan əziyyət çəkən pasiyentlər üçün sadə və ucuz vasitə tapdıqlarını elan ediblər.
Anadangəlmə polikistoz xəstəliyinin hazırda müalicəsi yoxdur. Pasiyentlər kistlərin yaranması, böyüməsi və sağlam toxumaları dağıtması səbəbindən səhhətini və həyatını itirir.
50 faiz xəstələr sonda böyrək çatışmamazlığı və dializlə üz-üzə qalır.
Alimlər bu problem çözmək üçün Prevent adlı layihəni başlayıblar. Araşdırmada məqsəd müəyyən qədər suyun qəbulunun polikistozun irəliləməsinə mane olmasını və böyrək çatışmazlığının qarşısını ala biləcəyini öyrənməkdir.
Belə bir fikir var ki, adi su kistlərin böyüməsini azaldır və xəstələrdə ağırlaşmaları azaldır.
Tədqiqata 240 polikistozlu könüllünü cəlb ediblər. Elmi nəticələr gələn ilə hazır olacaq. Amma hələ ki, alimlər sudan başqa bu xəstəliyə çarə olmadığını etiraf etmək üzrədir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət