Dərc edildi: Baxış sayı: 6339
Adi pişikdən yoluxa biləcəyiniz 5 təhlükəli xəstəlik – Bir pişik ölümünüzə belə səbəb ola bilər
Ev, həyət, küçə pişikləri ilə təmas qurarkən sağlamlığınızı da düşünün.
Medicina.az adi pişikdən insan orqanizminə düşə biləcək infeksiya və xəstəlikləri təqdim edir.
QUDUZLUQ
Ilk baxışdan sakit, zərərsiz görünən pişiyin, balaca pişik balasının belə size cırmaqlaması və dişləməsi artıq quduzluğa şübhə yaradacaq haldır. Yəni siz quduzluğa qarşı iynədən o halda canınızı qurtara bilərsiz ki, həmin heyvanın sahibi sizə vetpasportu göstərib, pişiyinin peyvənd olunduğunu sübut etsin. Sahib və sənəd yoxdursa, o zaman təcili xəstəxanaya getməlisiz.
Vaksinasiya müddətindən isə alkoqoldan uzaq durmalısız. Əgər xəstəxanada sizə, bu adi cızıqdır, get gözlə, dəyişiklik olsa gələrsən desələr, inanmayın. Bəzən dişləmə və cırmaqdan 1 ay sonra quduzluq əlamətləri başlaya bilər. Onda isə gec olacaq.
PİŞİK AĞZINDAKI VİRUS ÇÖPLƏRİ
Hinsel Bartonella adlı çöplər pişik mikroflorası üçün normal haldır, amma insana keçərsə limfa düyünlərinn xoşxassəli şişinə, iltihabına çevrilə bilər. Bu kimi viruslara dözümlülük insanın immunitetindən də asılıdır.
Adədən dişləmə və dırnaq izi ilə keçir. Əgər pişik cırmaqlamasından 3 -10 gün müddətində həmin yerdə suluq, şişkinlik, qızartı varsa, ümumi zəiflik, baş ağrısı başlayırsa, deməli virus limfa düyünlərinə düşüb və onlar şişir. Həkimə müraciət edib, pişik faktorunu deməyi unutmayın.
TOKSOPLAZMOZ
Çox insanlar toskoplazmoz ilə yaxşı, düzgün bişirilməmiş ət yeməklə yoluxur. Uşaqlar isə qumda oynadıqdan sonra, çünki bu qumda pişiklər gəzib.
Toskoplazmozdan qorunmaq üçün pişik aldıqda və ya saxladıqda onun antitelini yoxlatmaq lazımdır. Əgər varsa, o zaman bu pişikdən ərtaraf qurdlar keçməz. Pişiyə çiy ət verməyin, çölə buraxmayın.
HELMİNTLƏR, QURDLAR
Ən geniş yayılmış qurdlar askariddir. Məhz ev heyvanlarından bu qurdun sürfələri, yumurtaları keçə bilər. Düzdür, insan askaridi ilə heyvanın fərqlidir. Amma mühit və yoluxma yolu eynidir. Daha çox heyvanla təmasdan sonra əlləri yumadıqda və heyvanın tualetini təmizlədikdən sonra yoluxmaq olur.
HERPES
Daha çox valideynlər diqqətli olmalıdır. Uşaqlar pişiklə oynadıqdan sonra yoluxa bilər. Virus heyvanda qabarcıq və xaricən görünən yaralarla bilinməyə də bilər. Gizli virusu yalnız veterinar təyin edir. Bundan sonra heyvan xüsusi lampa altında kurs müalicə keçir.
Ev pişiyini buna qarşı peyvəndləmək lazımdır, ona toxunduqdan sonra əllərinizi sabunla yuyun. Pişiyi olan uşaqların dərilərində, ağız boşluğundan uçuğa bənzər səpki, yara olarsa, təcili analiz verdirin.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət