Slimfit
  1. AZƏRBAYCAN

ADB-nin Azərbaycanla yeni tərəfdaşlıq strategiyası gələn ilin I yarısında hazır olacaq

ADB-nin Azərbaycanla yeni tərəfdaşlıq strategiyası gələn ilin I yarısında hazır olacaq
Sakura

ADB-nin Azərbaycanla yeni tərəfdaşlıq strategiyası gələn ilin I yarısında hazır olacaq

 “Gələn ilin I yarısında Azərbaycanla yeni tərəfdaşlıq strategiyasının hazırlanaraq başa çatdırılmasını düşünürük”.

"Report" xəbər verir ki, bunu Bakıya səfəri çərçivəsində jurnalistlər üçün keçirdiyi mətbuat konfransında Asiya İnkişaf Bankının (ADB) vitse-prezidenti Vençay Janqın (Wencai Zhang) deyib.

O əlavə edib ki, yeni strategiya ilə bağlı son qərarı təmsil etdiyi maliyyə qurumunun Direktorlar Şurası 2019-cu ilin birinci yarısında qəbul edəcək.

“Hazırda ADB Azərbaycan iqtisadiyyatı ilə bağlı araşdırma aparır, hansı sahələrə yardım edə biləcəyini müəyyənləşdirir. Bank 2016-2017-ci illərdə ADB Azərbaycan iqtisadiyyatına 2,5 mlrd. ABŞ dolları investisiya yatırıb. Çalışmalıyıq ki, Azərbaycan dövləti növbəti 5 ildə qarşısına qoyduğu məqsədlərə nail olsun”, - deyə V.Janqın qeyd edib.

ADB rəsmisi həmçinin bildirib ki, növbəti illərdə də Azərbaycanda aparılan iqtisadi islahatlara dəstək veriləcək: “Düşünürəm ki, dəstəyimizi davam etdirməliyik. Xüsusilə də dövlət xidmətləri ilə bağlı layihələrə dəstək verilməlidir. Bunlardan biri yerli valyutada qiymətli kağızların emissiya edilməsidir. Bu, iqtisadiyyatın inkişafına kömək edəcək. Bu məsələ Azərbaycan Mərkəzi Bankı, Maliyyə Bazarlarına Nəzarət Palatası və Maliyyə Nazirliyi ilə müzakirə etməliyik". 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR