ADAU tələbələri üçün böyük dəyər – Universitetin öz TV-si yaradılıb.
Gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Eyni zamanda daim axtarışda olan, yeniliyi sevən bir qüvvədir. Hər bir dövlətin əsas missiyası gələcəyini etibar edəcəyi nəsil formalaşdırmaqdır.
Bu gün Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında böyük addımlar atılır. 2017-ci il sentyabrın 15-də Respublikamızın Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə növbəti “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı təsdiq edilmiş, bu proqram dünyada gedən prosesləri nəzərə alaraq, növbəti illərdə də Azərbaycan gənclərinin vətənpərvərlik, vətəndaşlıq tərbiyəsinin gücləndirilməsi və dəyərləndirilməsi, onlar tərəfindən innovativ düşüncə və rəqabətə davamlı biliklərin əldə olunması, yüksək texnologiyalar və informasiya mühitində sərbəst davranışının təşviqini zəruri etmişdir. Dövlət başçımız tərəfindən atılan bu mütərəqqi addımların nəticəsidir ki, ötən bu illər ərzində ölkəmizdə gənclər siyasəti və gənclərlə iş sahəsində bir sıra mühüm nəticələr əldə edilib.
Dövlətimizin gənclərlə bağlı yürütdüyü siyasət ali təhsil ocaqlarında da geniş vüsətlə həyata keçirilməkdədir. Bu, Azərbaycan Dövlət Aqrar Universitetində özünü daha qabarıq şəkildə biruzə verməkdədir. Universitet gəncləri dövlətimizin bu qayğısını hər an hiss etməkdədir. ADAU TV-nin yaradılması da universitetin təhsil həyatında həm də gənclər üçün əvəzolunmaz bir tövhədir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət