Slimfit
  1. TƏHSİL VƏ KARYERA

ADA Universiteti 2019-2020-ci tədris ili üçün magistraturaya sənəd qəbuluna başlayıb

ADA Universiteti 2019-2020-ci tədris ili üçün magistraturaya sənəd qəbuluna başlayıb
Sakura

ADA Universiteti 2019-2020-ci tədris ili üçün magistraturaya sənəd qəbuluna başlayıb

Bu gündən etibarən ADA Universiteti 2019-2020-ci tədris ili üçün magistr proqramlarına sənəd qəbuluna başlayıb.

Universitetdən Trend-ə verilən məlumata görə, sənədlərin qəbulu Azərbaycan vətəndaşları üçün 2019-cu ilin aprelin 5-i, xarici vətəndaşlar üçün isə iyulun 1-dək davam edəcək.

Təklif edilən magistr proqramları aşağıdakı ixtisaslar üzrədir:

Diplomatiya və beynəlxalq münasibətlər
Dövlət idarəetməsi
Biznesin idarə edilməsi, MBA
Təhsil üzrə menecment

İkiillik ingilisdilli təhsil proqramlarında dərslər yerli və xarici müəllimlər tərəfindən aparılır. Axşam saatları və həftəsonu günlərində keçirilən dərslər işləyən peşəkarlara ali təhsillərini davam etdirmək imkanı yaradır. Tələbələr həmçinin ADA-nın akademik tərəfdaşı olan dünyanın 50-dən çox universitetində mübadilə təhsili ala bilərlər.

Bu ildən etibarən ADA Universitetinin Biznesin İdarəedilməsi, MBA ixtisası Niderlandın Maastrixt Menecement Məktəbi ilə birgə tədris olunacaq. İkili diplom proqramında dərslər hər iki ali təhsil ocağının müəllim heyəti tərəfindən keçiriləcək.

ADA Universitetində magistr təhsili almaq istəyən Azərbaycan vətəndaşları Dövlət İmtahan Mərkəzinin magistr pilləsi üzrə birinci mərhələ imtahanını verməli və ingilis dili bilikləri üzrə İELTS və ya TOEFL sertifikatı təqdim etməlidirlər. İlkin mərhələdən uğurla keçən abituriyentlər Universitetdə keçirilən müsahibədə iştirak etməyə dəvət olunacaqlar.. Yüksək akademik göstəricilər nümayiş etdirən tələbələr təhsil haqqına güzəştlər qazanırlar. Onlar həmçinin uzun müddətli sosial tələbə kreditlərindən də yararlana bilərlər.

Maraqlananlar ADA Universitetinin veb səhifəsinə (ada.edu.az) daxil olaraq elektron ərizə formasını doldura, əlavə suallarla isə admissions@ada.edu.az ünvanına müraciət edə bilərlər. Magistraturaya qəbul üzrə ilk məlumat sessiyası ADA Universitetində 12 oktyabrda keçiriləcək.

Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən ADA Universitetinin müəllim və tələbə heyəti 43 müxtəlif ölkəni təmsil edərək burada zəngin beynəlxalq mühit yaradır və tələbələrə dünya təcrübəsindən yararlanmaq imkanı verir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR