Slimfit
  1. TÜRKİYƏ

Acun sevimlisini “O Səs Türkiyə”yə geri qaytardı

Acun sevimlisini “O Səs Türkiyə”yə geri qaytardı
Sakura

Acun sevimlisini “O Səs Türkiyə”yə geri qaytardı

Xəbər verdiyimiz kimi, Gökhan Özoğuz və Yıldız Tilbe “O Səs Türkiyə” musiqi yarışmasının münsifliyindən gedib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, münsif üzvlərindən birinin yerinə gələn məşhurun adı açıqlanıb. Məlum olub ki, müsabiqədə 3 mövsüm münsif üzvlüyü edən Ebru Gündeş “O Səs Türkiyə”yə geri qayıdacaq.

Xatırladaq ki, E.Gündeş həyat yoldaşı Rza Zərrab Amerikada həbs olunduqdan sonra çətin günlər keçirdiyi üçün adıçəkilən yarışmadan getməyə qərar vermişdi.

Gökhan Özoğuz isə verilişdən ayrılığını sosial şəbəkədə belə ifadə edib: “Məni olduqca həyəcanlandıran bir layihə ilə paralel zamanda başlayacaq albom işləri və konsertlərdən dolayı 5 ildir iştirak etdiyim “O səs Türkiyə”də yer almayacam. Bütün komandaya, Acun Ilıcalıya və jüri yoldaşlarıma təşəkkür edirəm”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR