Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Acı bibərin inanılmaz faydaları

Acı bibərin inanılmaz faydaları
Sakura

Acı bibərin inanılmaz faydaları

Dünya mətbəxlərində geniş istifadə olunan acı bibərin bir çox faydaları vardır. Mütəxəssislər qeyd edirlər ki, tərkibindəki beta karoten, C vitamini, kapsaisin və antioksidanlar sayəsində metabolizmanı sürətləndirir və xərçəngin qarşısını alır.

Ens.Az medicina.az-a istinadən acı bibərin faydalarını təqdim edir:

Xolesterolu aşağı salır

Bir ədviyyə olaraq da geniş istifadə olunan bibər fizioloji və farmakoloji təsirlərə malikdir. O xolesterolun bədəndən atılması üçün önəmli olan safra asidlərini də artırır.

Metabolizmanı sürətləndirir

Acı bibər metobalizmanı sürətləndirir. Lifli tərkibi və acı təsiri ilə bağırsaqların işləməsinə kömək edir, qəbzliyin qarşısını alır. Acı bibər metobalizmanı sürətləndirdiyi üçün çəkisini nəzarətdə saxlamaq istəyənlərin də yeyə biləcəyi bir tərəvəzdir. Amma həddindən artıq yeyilməməlidir. Gündə 2 ədədi keçməməkdə fayda var. Xüsusi ilə xorası olanlarda mədədə problemlərə səbəb ola bilər.

İmmunitet sistemini gücləndirir

Acı bibərin tərkibində yüksək miqdarda beta karoten var. Bu isə xərçəngə qarşı qoruyucu təsirə malikdir.

C vitamini isə immunitet sistemini gücləndirib, ümumi olaraq xəstəliklərə qarşı bir çətir rolunu oynayır.

Bədənin müqavimətini artırır

Tərkibindəki kapsaisin bibərə acı dadının verməklə yanaşı bir çox faydası da var. Bütün dünyada yetişən bibər bədənin vitamin, kalsium və potasium ehtiyacını da qarşılayır. Beləliklə, bədənin müqavimətini artırmaqla bərabər, xəstəliklərə qarşı da qoruyur.

Aparılan araşdırmalara görə, acı bibərdə olan kapsaisinin eyni zamanda ağrıkəsici xüsusiyyəti də var.

Kapsaisinin krem şəklində olan forması da xüsusi ilə əzələ ağrısı, diabetik xəstələrdə, ayaq yanmalarında ağrıkəsici kimi tətbiq olunur və bir neçə gün sonra təsirini göstərməyə başlayır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR