Slimfit
  1. MARAQLI

Ac qalmadan arıqlamağın 11 ən sadə yolu

Ac qalmadan arıqlamağın 11 ən sadə yolu
Sakura

Ac qalmadan arıqlamağın 11 ən sadə yolu

Ac qalmadan, yemək yeyərək arıqlamaq və sağlam həyat tərzi sürmək mümkündür? Yəqin ki, bu sualı özünə çox adam verib. 11 qızıl qayda sayəsində bu mümkündür. Türkiyəli mütəxəssis Müge Özturna bu qaydalar haqqında danışıb. 

1. Həmişə eyni qidalardan istifadə etməyin. Arada rasionda dəyişikliyə yol verin. 

2. İstifadə edilən yağın miqdarını azaldın. Salatlara və yeməklərə yağ, mayonez, ketçup əvəzinə sirkə, limon, qurudulmuş meyvələr qatın.

3. Alış-veriş zamanı kiçik səbətlərdən istifadə edin. Aşağı kalorili qidalar almağa çalışın. 

4. Yemək zamanı kiçik boşqablardan istifadə edin. 

5. Ara yeməklərini təxirə salmayın. Səhər yeməyi ilə naharın, naharla şam yeməyi arasında salatlar, pomidor, xiyar kimi tərəvəzlər qəbul etməyə çalışın. 

6. Əsas yeməkləri yarıbayarı azaldın. Onun əvəzində kalorisi az qidalara üstünlük verin. 

7. Müntəzəm olaraq idman edin, çoxlu hərəkət etməyə çalışın. 

8. Ayaqüstü yeməklər zamanı souslar, mayonez yerinə salat, yaşıl meyvə-tərəvəzdən istifadə edin.

9. Harda olmağınızdan asılı olmayaraq qida rejimizinizi dəyişməməyə çalışın. Yeməyin planlı şəkildə yeyilməsi sağlam şəkildə arıqlamağa kömək edir. 

10. Gün ərzində bol miqdarsa su için. Xüsusilə yeməkdən öncə 1-2 stəkan su içməyə çalışın. 

11.Mətbəxtdə çox vaxt keçirməyin. Çünki bu iştahanın artmasına səbəb ola bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR