Slimfit
  1. İDMAN

AÇ-2020: Portuqaliya xal itirib, Fransa və İngiltərə böyükhesablı qələbə qazanıb

AÇ-2020: Portuqaliya xal itirib, Fransa və İngiltərə böyükhesablı qələbə qazanıb
Sakura

AÇ-2020: Portuqaliya xal itirib, Fransa və İngiltərə böyükhesablı qələbə qazanıb

Futbol üzrə 2020-ci il Avropa Çempionatının seçmə mərhələsində II turun növbəti görüşləri keçirilib.

"Report"un məlumatına görə, ikinci oyun günündə 3 qrupda 7 oyun təşkil olunub.

"A" qrupunda UEFA Millətlər Liqasında qrup qaliblərindən olan Kosovo yığması Bolqarıstanı qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Qonaq komandanın heyətində "Qarabağ"dan dəvət almış yarımmüdafiəçi Simeon Slavçev sonadək meydanda olub. O, 36-cı dəqiqədə sarı vərəqə ilə yadda qalıb.

Bu qrupun digər qarşılaşmasında Monteneqro ilə İngiltərə üz-üzə gəlib. Hesabı meydan sahibləri açsa da, qonaqlar yenə 5 qol vuraraq, böyükhesablı qələbə qazanıblar. İlk turda Bolqarıstan Monteneqro ilə 1:1 hesablı heç-heçə etdiyi halda, İngiltərə Çexiyanı darmadağın etmişdi - 5:0. Kosovo isə heç-heçəyə qrupdakı ilk rəsmi oyununda nail olub.

"B" qrupunda Lüksemburq Ukraynanı, Portuqaliya isə Serbiyanı qəbul edib. İlk turda olduğu kimi, Portuqaliya yenə qələbə qazana bilməyib. Oyunun əvvəllərində penalti qolu ilə geri düşən son Avropa çempionları 30-cu dəqiqədə kapitan Kriştianu Ronaldunun zədələnməsi ilə daha bir zərbə alıb. Lakin meydan sahibləri fasiləyədək bərabərlik qolunu vurmağa müvəffəq olub və yenə 1 xalla kifayətlənib.

Ukrayna isə hesabda geri düşdüyü oyunda əzmkar qələbə qazanıb - 2:1. Son qolu "cırtdan ölkə"nin oyunçusu öz qapısına vurub. İlk turda Lüksemburq Litvanı 2:1 hesabı ilə yenmiş, Portuqaliya - Ukrayna matçında qolsuz heç-heçə qeydə alınmış, Serbiya isə istirahət etmişdi.

Nəhayət, H qrupunda hər 3 oyun böyük hesablı qələbələrlə yekunlaşıblar. Türkiyə millisi Moldovanı 4:0 hesabı ilə yenərək, ardıcıl 2-ci qələbəsinə imza atıb. Fransa da öz meydanında eyni hesabla İslandiyaya qalib gəlib. Qonaq komandada bütün qolları "Qarabağ"ın qolkiperi Hannes Halldorsson buraxıb.

Bakının AZAL klubunun sabiq futbolçusu Ervin Bulkunun müvəqqəti baş məşqçi olduğu Albaniya yığması isə səfərdə Andorranın qapısından 3 top keçirib.

İlk turda Türkiyə səfərdə Albaniyaya, İslandiya Andorraya 2:0, Fransa isə Moldovaya 4:1 hesabı ilə qalib gəlmişdi.

AVRO-2020, seçmə mərhələ, II tur (25 mart)

"A" Qrupu

23:45. Monteneqro - İngiltərə - 1:5

Qol: Marko Veşoviç, 18 - Maykl Kin, 30. Ross Barkli, 39; 59. Harri Keyn, 71. Rahim Sterlinq, 81

23:45. Kosovo - Bolqarıstan - 1:1

Qollar: Arber Zeneli, 61 - Vasil Bojikov, 39

Xal durumu: İngiltərə - 6, Bolqarıstan - 2, Kosovo - 1, Monteneqro - 1, Çexiya - 0.

"B" Qrupu

23:45. Portuqaliya - Serbiya - 1:1

Qollar: Danilu, 42 - Duşan Tadiç, 7 (pen.)

23:45. Lüksemburq - Ukrayna - 1:2

Qollar: David Türpel, 34 - Viktor Tsıqankov, 40. Gerson Rodriges, 90+3 (öz qapısına)

Xal durumu: Ukrayna - 4, Lüksemburq - 3, Portuqaliya - 2, Serbiya - 1, Litva - 0.

"H" Qrupu

21:00. Türkiyə - Moldova - 4:0

Qollar: Hasan Ali Kaldırım, 24. Cenk Tosun, 26; 54. Kaan Ayhan, 70

Dəqiq yerinə yetirilməyən penalti: Burak Yılmaz, 53 (Türkiyə)

23:45. Fransa - İslandiya - 4:0

Qollar: Samüel Yumtiti, 12. Olivye Jiru, 68. Kilian Mbappe, 78

23:45. Andorra - Albaniya - 0:3

Qollar: Armando Sadiku, 21. Bekim Balyay, 87. Amir Abraşi, 90+6

Xal durumu: Fransa - 6, Türkiyə - 6, Albaniya - 3, İslandiya - 3, Andorra - 0, Moldova - 0.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR