Slimfit
  1. AVTO VƏ MOTO

ABT Sportsline Audi SQ8 modelini tüninq edib

ABT Sportsline Audi SQ8 modelini tüninq edib
Sakura

ABT Sportsline Audi SQ8 modelini tüninq edib

ABT Sportsline tüninq atelyesi Audi SQ8 krossoveri üçün hazırladığı təkmilləşdirmələr proqramını təqdim edib. Kemptendən olan atelye Audi markasının bayraqdar krossoveri üçün yeni aerodinamik kuzov dəstini hazırlayıb.

autograph.az xəbər verirki, dəstin tərkibinə ön və arxa bamperdəki əlavələr, həmçinin damda quraşdırılan spoyler daxildir. Dəstin bütün elementləri qara parlaq rəngə boyanıb. ABT atelyesi Audi SQ8 modeli üçün dörd variantda təkər diskləri təklif edir. 22-düymlük 10 mili olan GR diskləri parlaq və tutqun qara rəngə boyana bilər. HR Aero 10 ədəd ikiqat millərə və Dark Smoke rənginə malikdir. Nəhayət, HR-F diskləri Silwer Shadow rəngində və 22 və ya 23 düymlük ölçülərdə təklif olunur.

Avtomobilin interyer tərtibatından karbondan geniş istifadə edilir. Karbon lifindən hazırlanmış dekor elementlərini ötürmələr qutusunun dəstəyində və onun ətraffında da görmək olar. Bundan başqa, karbonda oturacaqların əsasında görmək olar. Salonda əsl metaldan hazırlanmış start/stop düyməsi, qapılarda isə atelyenin loqotipini yol səthinə proyeksiya edən sistem quraşdırılıb.

Güc aqreqatına gəldikdə isə, atelye mütəxəssisləri əsasını 4,0-litrlik V8 dizel mühərriki təşkil edən "yumşaq" hibridi ABT Engine Control firma modulu ilə təchiz ediblər. Nəticədə, dizel aqreqatın gücü 429-dan 503 at qüvvəsinə, fırlanma anı isə, 900-dən 970 Nm qədər artıb. Nəticədə, krossover 100 km/saat həddini 4,8 saniyəyə deyil, 4,6 saniyəyə toplayır.

 

Krossoverin güc areqatının təkmilləşdirilməsi yanaşı, onun pnevmoasqısının hündürlüyünü tənzimləməyə imkan verən modulu əldə etdiyi məlumdur.Pnevmoasqı bir neçə rejimə malikdir ki, bunlardan ən alçağı "Kofe" rejimidir ki, bu rejimdə asqının hündürlüyü 65 mm azaldılır. Kemptenlilər təkmilləşdirmə proqramının da qiymətini açıqlamayıblar.

 

 

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR