Abşeron Logistika Mərkəzi Tbilisidə beynəlxakq konfransda təqdim olunub
Azərbaycanın yeni Abşeron Logistika Mərkəzi Tbilisidə keçirilən “Argus Xəzər-Qara dəniz nəqliyyat dəhlizi 2018” V beynəlxalq konfransında təqdim olunub.
“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, Abşeron Logistika Mərkəzinin direktoru Ziya Ağayev tədbirdə mərkəz haqqında videoçarx və təqdimatla çıxış edib.
O, mərkəzin bu ilin avqustun 13-də açıldığını və bütün quru yüklərin qəbulu üçün nəzərdə tutulduğunu deyib: “Mərkəzin illik yük qəbul etmə gücü 11 milyon ton təşkil edir. 2019-cu ilin sonuna qədər mərkəzin sahəsinin ümumilikdə 65 hektaradək artırılması nəzərdə tutulub”.
Z.Ağayev Abşeron Logistika Mərkəzinin fərdi investisiyalar əsasında yaradıldığını qeyd edib: “Mərkəzin Bakı-Tbilisi-Qars və digər marşrutlar üzərində yerləşməsinin bir çox üstünlükləri var. Müəssisə tam gücü ilə fəaliyyətə başladıqdan sonra qonşu ölkələrə idxal-ixrac və tranzit əməliyyatlarını həyata keçirəcək”.
O, təqdimatında logistik mərkəzin əsas göstəriciləri, imkanları, üstünlükləri və göstərdiyi xidmətlər barədə geniş məlumat verib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət