Slimfit
  1. KOSMOS

ABŞ yadplanetlilərlə bağlı bu iddianı təsdiqlədi - Ehtiyatlı olun

ABŞ yadplanetlilərlə bağlı bu iddianı təsdiqlədi - Ehtiyatlı olun
Sakura

ABŞ yadplanetlilərlə bağlı bu iddianı təsdiqlədi - Ehtiyatlı olun

ABŞ-da Yer kürəsində yadplanetlilərin mövcudluğu elan edildi.

Ens.az Referans.az-a istinadən xəbər verir ki, ABŞ-ın Stenford Universitetinin professoru Harri Nolan Nyu-Yorkda keçirilən tematik konfransda yadplanetlilərin Yer kürəsini ziyarət etdiyini və hələ də burada olduqlarını bildirib. Alimin sözlərini "Daily Mail" yayıb.

ABŞ alimi yadplanetlilərin Yerə səfər etmə ehtimalının "yüz faiz" olduğunu vurğulayıb. Onun fikrincə, insanlar onlarla əvvəllər də rastlaşıb, lakin bunu bilməyiblər.

"Onlar ortaya çıxıb deyirlər: "Sizlərdən neçəniz nəyə baxdığınızı başa düşəcək qədər ağıllısınız? Qarşınızdakıları əsl formasında görə bilirsinizmi? Anormal məlumat sıçrayışlarını görürsünüzmü?", - deyə Stenfordun sözçüsü bildirib.

Nolan ABŞ Konqresində yadplanetlilərlə bağlı dinləmələrdə iştirak etdiyini bildirib. Konfransda o, həmçinin “vurulmuş təyyarələr üçün tərs mühəndislik proqramları” ilə məşğul olan insanların mövcudluğunu açıqlayıb. Onun fikrincə, bu sahədə kiçik kəşflər belə texnoloji inqilaba kömək edə bilər.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR