Dərc edildi: Baxış sayı: 505
ABŞ və Fransa əsgərlərinin vurulması xəbərini Türkiyə yalanladı
ABŞ və Fransanın Suriyanın şimalında nəzarət nöqtələrinin vurulduğu, əsgərlərinin isə yaralandığı xəbərləri yayılıb.
“Qafqazinfo” xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi isə məlumatları təkzib edərək hər hansı bazanın vurulmadığını, əsgərlərin isə yaralanmadığını açıqlayıb:
“Özünümüdafiə məqsədilə terror sığınacaqları vurulub. ABŞ-ın nəzarət nöqtələrinə atəş açılmasından söhbət belə gedə bilməz. Atəşdan əvvəl ABŞ hərbi bazasına ziyan vurulmaması üçün hər cür tədbir görülüb. Qətiyyən ABŞ və koalisiya qüvvələrinin əsgərləri vurulmayıb”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət