Slimfit
  1. DÜNYA

ABŞ UNO videolarını təsdiqlədi

ABŞ UNO videolarını təsdiqlədi
Sakura

ABŞ UNO videolarını təsdiqlədi

ABŞ Hərbi Dəniz Qüvvələri internetdə yayılan və UNO-lara (Uçan Naməlum Obyekt) aid olduğu iddia edilən videoların həqiqi olduğunu etiraf edib.

Axar.az-ın BBC-yə istinadla məlumatına görə, donanmanın nümayəndəsi Co Qrədişer məxfiliyi ləğv edilmiş üç hərbi videodakı çox sürətlə hərəkət edən obyektləri "Naməlum Hava Fenomenləri" (Unidentified Aerial Phenomena - UAP) adlandırıb.

Amerikanın müstəqil "To The Stars Academy of Arts & Sciences" (İncəsənət və Elmlər Akademiyasının Ulduzlarına) araşdırma şirkətinin 2017-ci ilin dekabr, 2018-ci ilin mart aylarında yayımladığı videolarda yeni infraqırmızı sensorlarla təsbit edilən cisimlər görünür.

2004-cü ildə çəkildiyi bildirilən videoda sensorlar bir hədəfə fokuslanıb. Ancaq hədəfdəki cisim sürətlə ekrandan uzaqlaşır və bir daha görünmür.

2015-ci ildə çəkilmiş digər iki videoda isə gördükləri cisimlərin nə olduğunu anlamağa çalışan hərbi pilotların səs yazısı var.

İlk videoda pilotlardan biri çaşqınlıq içində digərinə "Bu s… drondur. Aman Allah, küləyə qarşı gedirlər, buna bax" deyir.

Co Qrədişer Amerikanın SNN kanalına verdiyi açıqlamada bildirib ki, "Naməlum Hava Fenomenləri" mövzusundakı şəffaflıq təcrübə keçən pilotları havada onlara təhlükə yaradan "pozuntular" haqqında məlumat verməyə təşviq etmək məqsədi güdür.

"Bu, tamamilə təcrübə zonalarında tez-tez rast gəlinən UAP hadisələriylə bağlıdır. Belə pozuntular uçuşlara və əməliyyatlarımıza təhlükə yaradır", - Gradisher belə deyib.

O, həmçinin bildirib: "İctimaiyyətə açıq olan videolar donanmamızın təcrübə sahələrində rast gəlinən pozuntuların çox kiçik hissəsidir. Hərbçilərimiz terminologiya və nəzəriyyələrlə bağlı qavramlara görə videolardakı cisimlərin nə olması haqqında uzun illər hesabat verməyiblər".

Qrədişer bildirib ki, bu cisimlərin nə olduğunu anlamağın yeganə yolu pilotları pozuntularla bağlı hesabat verməyə təşviq etməkdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR