Slimfit
  1. DÜNYA

ABŞ üçün bədbin proqnoz: 2049-cu ilə qədər...

ABŞ üçün bədbin proqnoz: 2049-cu ilə qədər...
Sakura

ABŞ üçün bədbin proqnoz: 2049-cu ilə qədər...

ABŞ-da 2019-cu maliyyə ilində büdcə kəsiri 984 milyard dollara çatıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Stiven Mnuçinin açıqlamasında deyilir.

Vəziyyət 2018-cu maliyyə ilində qeydə alınan göstəricidən 205 milyard dollar çoxdur, lakin bu rəqəm əvvəlcədən proqnozlaşdırıldığından 16 milyard azdır. Yenilənmiş məlumatlara görə, kəsir ÜDM-in 4,6 faizinə çatıb.

Daha əvvəl büdcə şöbəsi ABŞ-ın dövlət borcunun 2049-cu ilə qədər ÜDM-in 144 faizinə qədər artacağını və ölkə tarixindəki ən yüksək səviyyəyə çatacağını açıqlayıb. Hesabata görə, 2019-cu il üçün ABŞ-ın dövlət borcu ölkənin ÜDM-nin 78 faizini təşkil edir.

Proqnozlara görə, on ildən sonra da ABŞ-da vəziyyət yaxşılaşmayacaq, qocalmış əhali və səhiyyə xərclərinin artması səbəbindən büdcə kəsiri artmaqda davam edəcək. Büdcə şöbəsinin müdiri Filip Svagelin bildirib ki, vəziyyəti dəyişdirmək üçün Amerika hakimiyyəti vergiləri qaldırmalı və xərcləri azaltmalıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR