Dərc edildi: Baxış sayı: 606
ABŞ üç rusiyalıya və bir ukraynalı deputata qarşı sanksiya tətbiq edib
ABŞ üç Rusiya vətəndaşını və bir Ukrayna vətəndaşını ehtimal olunan kiberhücumlar və ölkədaxili seçkilərə müdaxilə iddiası ilə sanksiya siyahısına salıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.
“Qara siyahı”ya Rusiya vətəndaşları - Anton Andreyev, Darya Aslanova və Artyom Lifşits, eləcə də daha əvvəl ABŞ-ın keçmiş vitse-prezidenti Cozef Bayden və Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonun səslərinə bənzər səslərin eşidildiyi danışıqların səs yazılarını yayımlayan Ukrayna Ali Radasının fraksiyadankənar deputatı Andrey Derkaç salınıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət