Dərc edildi: Baxış sayı: 486
ABŞ türklərə görə Çinə sanksiya tətbiq etdi
ABŞ Ticarət Nazirliyi uyğurlara görə Çinə sanksiya tətbiq edib.
Axar.az xəbər verir ki, bu məlumatı nazirliyin mətbuat xidməti yayıb. Məlumata görə, nazirlik hazırladığı sanksiyalar siyahısına 28 təşkilatın adını əlavə edib.
Bu təşkilatların fəaliyyətinin ABŞ-ın xarici siyasət maraqlarına uyğun olmadığı, onların Çinin uyğurlara, qazaxlara və digər müsəlman azlıqlara qarşı fəaliyyətlərində iştirak etdiyi bildirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət