Dərc edildi: Baxış sayı: 263
ABŞ təsdiqlədi, "Abrams"lar Ukraynaya gedir
ABŞ Ukraynaya payıza qədər çatdırılmalı olan “Abrams” tanklarının ilk partiyasının göndərilməsini təsdiqləyib.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ ordusu katibinin tədarük, logistika və texnologiya üzrə köməkçisi Duqlas Buşa istinadla məlumat yayıb.
“Tanklar hazırdır. İndi onlar sursat, ehtiyat hissələri ilə birlikdə Avropaya, sonra isə Ukraynaya çatdırılmalıdır", - deyə D.Buş bildirib.
O, tədarüklərin ilk partiyasına neçə tankın daxil ediləcəyini açıqlamayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət