Dərc edildi: Baxış sayı: 581
ABŞ tarixinin ən böyük yardımını ayırdı: 6 trilyon
ABŞ-ın koronavirusa qarşı mübarizədə maliyyə yardımı ümumilikdə 6 trilyon dollar olacaq.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Larri Kudlou deyib.
O bildirib ki, iki trilyon birbaşa yardımdır, 4 trilyon isə Federal Ehtiyatlar Sistemindən kredit şəklində veriləcək.
Onun sözlərinə görə, bu, ABŞ tarixində vətəndaşlara göstərilən ən böyük dəstəkdir. Bu vəsait işsizlərə, ailələrə və fərdi sahibkarlara ayrılacaq.
Kudlounun sözlərinə görə, vəsaitin yaxın vaxtlarda verilməsinə başlanılacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət