Dərc edildi: Baxış sayı: 453
ABŞ Suriyadan çıxartdığı hərbçilərini Qatar və ya Küveytə yerləşdirəcək
ABŞ Suriyadan İraqa köçürdüyü hərbçilərini bir ay müddətinə Qatara və ya Küveytə yerləşdirəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu İraqın müdafiə naziri Nəcah əş-Şamari “Al-Sumaria” telekanalına müsahibəsində bildirib.
“Suriyadan çıxarılan ABŞ hərbçiləri 4 həftə ərzində İraqı tərk edərək Küveytə və ya Qatara göndəriləcək”, - deyə o qeyd edib.
Xatırladaq ki, oktyabrın 23-də Pentaqonun başçısı Mark Esper elan edilmədən Bağdada səfər edib. O, İraqa səfəri zamanı baş nazir Adel Əbdül Mehdi və müdafiə naziri əş-Şamari ilə görüşüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət