Dərc edildi: Baxış sayı: 570
ABŞ sürətlə "irəliləyir": ən çox ölüm İtaliyada... - Son məlumat
Dünya üzrə koronavirusa yoluxma halı 510 min 518-ə çatıb.
Axar.az xəbər verir ki, ən son məlumata görə, yoluxanlardan 122 min 232 nəfər sağalıb, 23.028 nəfər isə dünyasını dəyişib.
Ən çox yoluxmanın baş verdiyi "ilk beşlik" dəyişməyib: Çin (81.285), İtaliya (80.539), ABŞ (75.665), İspaniya (56.197) və Almaniya (43.646).
Son sutka ərzində ən çox yoluxma İspaniyada (6.682) qeydə alınıb. Ən çox ölüm isə İtaliyadadır (son sutkada 662, ümumilikdə 8.165).
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət