Slimfit
  1. TEXNOLOGİYA

ABŞ şirkəti 3D bioprinterdə miniatür insan ürəyi çap edib

ABŞ şirkəti 3D bioprinterdə miniatür insan ürəyi çap edib
Sakura

ABŞ şirkəti 3D bioprinterdə miniatür insan ürəyi çap edib

Çikaqonun "Biolife4D" biotexniki şirkəti 3D bioprinterdə çap edilmiş miniatür insan ürəyi hazırlayıb. Hazırlanmış ürək tam ölçülü kimi eyni struktura malikdir. Şirkətin rəsmisi bildirib ki, bu, transplantasiya üçün yararlı süni ürəyin hazırlanmasında mühüm mərhələdir.

"ICTnews" Elektron Xəbər Xidməti "digger.ru" saytına istinadən yazır ki, hazırlanmış ürək xəstələrdən birinin kardiomiositləri (ürək əzələlərinin hüceyrələri) və hüceyrə xarici matriks birləşmələrindən hazırlanmış biomürəkkəblə çap edilib. Hazırlanmış nümunə məməlinin ürəyi ilə eynidir.

"Biolife4D" şirkəti ilk dəfə 2018-ci ilin iyununda insanın ürək toxumasını çap edib. Bundan başqa, həmin il şirkət klapanlar, mədəcik və qan damarları daxil olmaqla ürəyin ayrı-ayrı komponentlərini hazırlamışdı.

Şirkət gələcəkdə tamfunksional insan ürəyi çap etməyi planlaşdırır. "Biolife4D" 3D bioprinterdə orqanlar hazırlayan yeganə şirkət deyil. Məsələn, Təl-Əviv Universitetinin mütəxəssisləri bu ilin əvvəlində ürək çap ediblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR