Dərc edildi: Baxış sayı: 423
ABŞ Silahlı Qüvvələri: “Keniyadakı bazaya hücumun İranla əlaqəsi yoxdur
“Əl-Şəbab” radikal islamçı qruplaşmasının Keniyadakı hərbi bazaya hücumunun İranla heç bir əlaqəsi yoxdur.
APA xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Afrika Komandanlığının rəsmi açıqlamasında bildirilib.
Qeyd edilib ki, ABŞ-ın Afrika komandanlığı “Əl-Şəbab”ın amerikalı hərbçilərin də istifadə etdiyi “Camp Simba” hərbi bazasına hücumunu İranla əlaqəli saymır.
Sözügedən radikal silahlı qruplaşmanın əvvəllər də bu hərbi bazaya hücum etdiyi bildirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət