Dərc edildi: Baxış sayı: 441
ABŞ Səudiyyəni İrandan ödənişlə qoruyur - Tramp
Səudiyyə Ərəbistanı əlavə hərbi qüvvələrin yerləşdirilməsinə görə ABŞ-a ödəniş edəcək.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
“Biz Səudiyyəyə əlavə qüvvələr göndərəcəyik. Səudiyyə Ərəbistanı mənim xahişimlə, etdiklərimizə, köməyimizə görə bizə ödəniş edəcək. Biz bunu qiymətləndiririk”, - deyə Ağ Ev rəhbəri bildirib.
Qeyd edək ki, hərbi qüvvələr Səudiyyənin İranın təcavüzkar siyasətindən qorunması tədbirləri çərçivəsində göndərilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət