ABŞ Səudiyyə hərbçilərinin hazırlığını dayandırır
Pentaqon ABŞ-ın Floridadakı bazasında baş vermiş insidentdən sonra ölkədə təlim keçən bütün Səudiyyə Ərəbistanı hərbi qulluqçularının hazırlığını dayandırmaq qərarına gəlib.
“The New York Times” xəbər verir ki, sözügedən tədbir 852 səudiyyəli kursanta şamil olunacaq.
Qeyd olunur ki, məhdudiyyətlər sonradan ABŞ-da hərbi hazırlıq keçən 5,1 mindən çox xarici tələbəyə tətbiq edilməsi nəzərdə tutulan təhlükəsizlik şərtlərinin yenidən nəzərdən keçirilməsi çərçivəsində qüvvəyə minəcək. Kursantlar üçün uçuş, uzun məsafəyə atəş təlimi və digər fəaliyyət növləri qeyri-müəyyən müddətə ləğv ediləcək.
Xatırladaq ki, dekabrın 6-da səhər saatlarında ABŞ Hərbi Dəniz Qüvvələrinin Pensakoladakı bazasında təlim keçən Səudiyyə Ərəbistanı Kral Hərbi Hava Qüvvələrinin (HHQ) hərbçisi Məhəmməd Səid əl-Şəmrani üç nəfəri öldürdükdən sonra intihar edib. Hadisə nəticəsində daha səkkiz nəfər də yaralanıb.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət