Dərc edildi: Baxış sayı: 496
ABŞ Şərqi və Mərkəzi Avropaya 1 milyardlıq yardım ayırır
ABŞ Mərkəzi və Şərqi Avropa ölkələrindəki enerji təhlükəsizliyi sferasından olan layihələrə 1 milyard dollar ayıracaq.
Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo deyib.
O bu yardımın regional dialoqun inkişafı ilə bağlı “üç dəniz” təşəbbüsləri çərçivəsində ediləcəyini bildirib. Onun sözlərinə görə, bu, region ölkələrinin enerji təhlükəsizliyini təmin etməyə yardım edəcək.
Qeyd edək ki, Üç Dəniz Təşəbbüsü Baltik-Adriatik-Qara Dəniz Təşəbbüsü kimi də məşhurdur. O öz tərkibində Avstriya, Bolqarıstan, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Slovakiya, Sloveniya, Xorvatiya, Çexiya və Estoniyanı birləşdirir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət