Slimfit
  1. DÜNYA

ABŞ senatoru: "Ukrayna sülh naminə ərazi güzəştlərinə getməlidir"

ABŞ senatoru: "Ukrayna sülh naminə ərazi güzəştlərinə getməlidir"
Sakura

ABŞ senatoru: "Ukrayna sülh naminə ərazi güzəştlərinə getməlidir"

"Kiyev Ukrayna ilə bağlı istənilən sülh sazişində ərazi güzəştlərinə getməyə məcbur olacaq, Qərbin onun uzunmüddətli hərbi dəstəyi üçün istehsal gücü yoxdur".

Ens.az Bizimyol.info-a istinadən xəbər verir ki,bunu amerikalı senator Ceyms Devid Vens (Respublikaçı, Ohayo) bazar günü dərc olunan "Politico" nəşrinə müsahibəsində bildirib.

“İstənilən sülh nizamlanması Ukraynadan müəyyən mənalı ərazi güzəştləri tələb edəcək və sülh sazişləri də ardınca gələcək, çünki bu, münaqişəyə son qoymağın yeganə yoludur”, - deyə Münhen Təhlükəsizlik Konfransında iştirak edən senator qeyd edib.

“Biz reallıqla barışmalıyıq.Bizim sadəcə olaraq Şərqi Avropada quru müharibəsini sonsuza qədər dəstəkləmək üçün istehsal gücümüz yoxdur. Məncə, bunu ictimaiyyətə aydınlaşdırmaq vəzifəsi rəhbərliyin üzərinə düşür. Bu, nə vaxta qədər davam edəcək?

Bunun nə qədər itkiyə başa gələcəyi gözlənilir? Əsas odur ki, biz ukraynalıları dəstəkləmək üçün lazım olan silahları necə istehsal etməliyik?”, - deyə Vens bildirib

Müsahibədə Vens: “ABŞ-ın Ukraynaya dəstəyini məhdudlaşdıran amil pul deyil, sursatdır. Amerika, Avropada olduğu kimi, Şərqi Avropa və Yaxın Şərqdəki müharibəni və Şərqi Asiyada mümkün münaqişəni dəstəkləmək üçün kifayət qədər sursat istehsal etmir”, - deyə qeyd edib.

Senatorun sözlərinə görə, Birləşmiş Ştatlar sursat istehsalında “ciddi məhdudiyət” yaşayır. Nümunə kimi Vens Kiyevin istifadə etdiyi Amerikanın “Patriot” hava hücumundan müdafiə sistemlərini göstərib. Onun sözlərinə görə, ukraynalılar onlara verilən, ABŞ-ın bir ildə istehsal etdiyi qədər raketləri bir ayda istifadə edirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR