Slimfit
  1. AZƏRBAYCAN

ABŞ səfirliyindən Qarabağ Komitəsinə cavab gəldi

ABŞ səfirliyindən Qarabağ Komitəsinə cavab gəldi
Sakura

ABŞ səfirliyindən Qarabağ Komitəsinə cavab gəldi

Qarabağ Komitəsindən Dağlıq Qarabağdakı qondarma rejimin “rəhbəri” Bako Saakyanın Amerika Birləşmiş Ştatlarına “səfəri” ilə bağlı göndərilən etiraz məktubuna ABŞ-ın Azərbaycandakı Müvəqqəti işlər vəkili cənab Uilyam R.Qil tərəfindən cavab gəlib.

Bu haqda bizimyol.info saytına Komitədən məlumat verilib. Cavab məktubunda göstərilib: “Bako Saakyanın Birləşmiş Ştatlara səfəri barədə məktub göndərməyinizi dəyərləndirirəm. Birləşmiş Ştatlar Dağlıq Qarabağdakı de-fakto rejimi və Dağlıq Qarabağı təmsil etdiyini iddia edən şəxslərin statusunu tanımır. Birləşmiş Ştatlar tərəflərə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla və uzunmüddətli həllinə nail olmaqda kömək etmək üçün ATƏT-in Minsk Qrupu prosesini dəstəkləyir. Birləşmiş Ştatlar Minsk Qrupunun həmsədrlərindən biri kimi Helsinki Yekun Aktının əsas prinsipləri: güc tətbiq etməmək və güc tətbiq etməklə bağlı təhdid etməmək, ərazi bütövlüyü, habelə xalqların bərabər hüququ və öz müqəddəratını təyin etməsi əsasında danışıqlar yolu ilə tənzimləmə istiqamətində işləməyə davam edəcəkdir. Bizim tanımama siyasətimizdə dəyişiklik yoxdur. Birləşmiş Ştatlar Azərbaycanın güclü, müstəqil, çiçəklənən və demokratik ölkə kimi gələcək inkişafını dəstəkləməyə sadiq qalır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR